Xəbər verdiyimiz kimi, Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.
Ednews xəbər verir ki, bu təyinata qədər Andrey Sipilin 2019-cu ildən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsini icra edib.
Andrey Sipilin daha əvvəl “Port Baku Kids Club” MMC, “Garage Parking” MMC, “Chic and Chic” MMC, “Abşeron” Mənzil Tikinti Kooperativi, və “Azərbaycan Hospitaliti” QSC-nin direktoru vəzifəsində çalışıb.
Andrey Sipilin daha öncə (2008-ci ildən başlayaraq) “PAŞA İnşaat” şirkətində insan resursları və inzibati işlər üzrə direktor vəzifəsini icra edib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) biznes idarəetməsi və audit, Bakı Dövlət Universitetində hüquq ixtisasları üzrə təhsil alıb.
Andrey Sipilinin 43 yaşı var.