Ermənistanın bir qrup yüksək vəzifəli şəxsi dindilirilib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, onlar 44 günlük müharibə zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqa cəlb edilib.
Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumata görə, dindirilənlər arasında baş nazir Nikol Paşinyan da var. Qurum araşdırmanın hansı mərhələdə olduğunu açıqlamayıb.
Xatırladaq ki, müharibə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci (Ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi başlanıb.