Ceyhun Bayramov Qazaxıstana səfərə gedib - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Ceyhun Bayramov Qazaxıstana səfərə gedib

Siyasət A- A A+
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak məqsədilə Qazaxıstanın Aktau şəhərinə səfərə gedib.
 
Bu barədə Ednews-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
27 iyun 2022-ci il tarixində Bakı şəhərində keçirilmiş birinci görüşün davamı kimi bu platformanın məqsədi qeyd olunan ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlığın inkişafına töhfə verməkdir. Aktau görüşündə Gürcüstan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...