“Qarabağda son qərarı Azərbaycan verir!” Tofiq Zülfüqarovdan ŞƏRH

Siyasət 17:22 28.11.2022

Qarabağda hərbi-siyasi vəziyyət günü-gündən gərginləşməkdədir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə qanunsuz erməni silahları müxtəlif istiqamətlərdən Azərbaycan ordusunun mövqelərini məqsədyönlü şəkildə atəş altına tuturlar.

Dövlət Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin çağırışlarına məhəl qoymayan rus sülhməramlıları erməni separatçıların özbaşnalıqlarına, o cümlədən bölgəyə silah-sursat daşınmasına və qanunsuz səfərlərin edilməsinə şərait yaradır.

Bir çox ekspertlər hesab edirlər ki, DTX, Gömrük və Sərhəd Xidməti çərçivəsində Azərbaycan hakimiyyəti yeni Laçın dəhlizi ətrafında postlar qurmalı və Ermənistanın Qarabağla əlaqəsini kəsməlidir.

Lakin digərlərinin fikirlərinə görə, bu istiqamətdə ciddi addımın atılması bölgədə Rusiya və Azərbaycan arasında müəyyən mənada qarşıdurma yarada bilər.

Məsələ ilə bağlı Ednews-a açıqlamasında politoloq Tofiq Zülfüqarov qeyd edib ki, bu kimi məsələlərə yanaşma bir az fərqli olmalıdır.

“Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin rus sülhməramlıları ilə paralel şəkildə Laçın dəhlizi ətrafında postları fəaliyyət göstərməlidir. Dövlətimizin öz xalqının təhlükəsizliyi məsələsində mühüm tələbləri var. Silahlı birləşmələrimiz orada bir müddət fəaliyyət göstərməklə Ermənistan və Qarabağ arasında gediş-gəlişə nəzarət edəcək, eyni zamanda anti-Azərbaycan siyasəti aparan şəxslərin qanunsuz səfərlərini və silah-sursatın daşınmasını dayandıracaq. Bundan sonra ermənilər daha yaxşı başa düşəcək ki, bu torpaqların sahibi Azərbaycandır. Rus sülhməramlıları isə öz yerlərində qalıb təhlükəsizliklə bağlı öhdəliklərini yerinə yetirəcəklər. Azərbaycan bu məsələni Rusiya ilə siyasi və diplomatik kanallar vasitəsilə razılaşdıracaq”.

Rusiyanın mənfi reaksiyasına gəlincə isə politoloq qeyd etdi ki, hamı başa düşməlidir ki, bu ərazilərdə şərtləri irəli sürən Azərbaycandır.

“Ölkəmiz öz suveren hüquqları çərçivəsində rus sülhməramlılarını öz ərzisinə çağırıb. Onların beş illik fəaliyyəti bizim qərarımız əsasında razılaşdırılıb. Burada Rusiyanın razı olub və ya olmayacağı ilə bağlı heç bir söhbət gedə bilməz”.

Ermənistan və Qarabağ erməniləri arasında təmaslara toxunan Tofiq Zülfüqarov vurğulayıb ki, yalnız dövlət qanunları çərçivəsində Azərbaycan hakimiyyəti hər iki tərəf arasında iqtisadi və humanitar təmasların formalaşmasına imkan yarada bilər. Onun sözlərini görə, Azərbaycanın hələki Ermənistan və Qarabağ erməniləri arasında münasibətləri və təmasları tam kəsməklə bağlı bir niyyəti yoxdur.

Eyni zamanda politoloq əlavə edib ki, rəsmi Bakı dövlətin qanunlarına tabe olan və ölkənin ərazi bütövlüyünə hörmət edən Qarabağ ermənləri ilə təmaslar qurmağa hazırdır.

“Dövlətimizin qanunlarını tanıyan Qarabağ erməniləri potensial olaraq Azərbaycan vətəndaşları ola biləcəklər. Lakin qanunlarımıza zidd fəaliyyət göstərən və öz qanunsuz əməllərini davam etdirən ermənilər, eləcə də Arutyunyan və Vardanyan kimi timsalında şəxslər ərazilərimiz tərk edəcəklər”.

Azərbaycan və Rusiyanın dövlət rəhbərləri - İlham Əliyev və Vladimir Putin arasında son on gündə üç dəfə telefon danışığı ətrafında dolaşan müxtəlif fikirlərə münasibət bildirən Tofiq Zülfüqarov qeyd edib ki, iki dövlət rəhbərinin söhbətində 10 noyabr bəyanatının öhdəlikləri, əsasən erməni silahlı birləşmələrinin ərazilərimizi tərk etməsi və Zəngəzur dəhlizinin açılması ətarafında fikir mübadilələri aparıla bilər.

“Əlbəttə, ikitərəfli telefon danışığında ictimaiyyətə açıqlanmayan taktiki məsələlərin müzakirə edilməsini ehtimal etmək olar. Məsələn, Rusiya hakimiyyəti ilə sıx təmasları olan Vardanyanın separatçı qurumda yüksək vəzifə tutmasına imkan verilməsi Azərbaycanın hakim təbəqəsində ciddi narahatçılıq doğurub. Təbii ki, bu bizim üçün qəbul edilməzdir. Bundan başqa, digər gizli məsələlərə də toxunala bilər”.

Yunis Abdullayev 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı