Ermənistan Qarabağda yeni təxribatlar törətmək istəyir? ŞƏRH

Siyasət 15:01 29.11.2022

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu həftə Fransaya işgüzar səfərə gedəcək. Demək olar hər ay erməni rəsmiləri Fransaya səfər edir, orada Azərbaycan əleyhinə təlimatlar alırlar. Elə Paşinyanın Makronla görüşləri də bunun bariz nümunəsidir.

Bu görüşün arxasında nə məqsədlər dayanır? Qarabağda yenidən təxribatlar ola bilərmi?

Ednews bu barədə politoloqların fikirlərini öyrənib.

Poiltoloq Şahin Cəfərlinin sözlərinə görə Azərbaycan müharibədəki qələbədən sonra sülh prosesində şərt diktə edən tərəfə çevrilib. Ötən müddətdə rəsmi Bakı öz diplomatiyasını sərt güc elementi ilə müşayiət edərək Ermənistan üzərində təzyiq yaratmaqla ona Azərbaycanın maraqlarına uyğun sülh müqaviləsi imzlatmağa çalışıb. Sərhəddə zaman-zaman baş verən hərbi toqquşmalar da Azərbaycanın bu siyasətindən irəli gəlirdi.

“Amma zaman keçdikcə Ermənistan müharibədəki sarsıdıcı məğlubiyyətin şokundan yavaş-yavaş çıxmağa başlayır. Rusiyadan istədiyi və gözlədiyi dəstəyi ala bilməyəcəyini görən Ermənistan hökuməti başqa müttəfiqlər və tərəfdaşlar axtarışına çıxıb. Bölgədə İranın timsalında belə bir müttəfiqin tapıldığını söyləmək olar. Əslində İranın bu regiondakı maraqları heç yerə qeyb olmamışdı və məlum məsələ idi, sadəcə olaraq, rəsmi Tehran müharibədən əvvəlki dövrdə nisbətən neytral mövqe ortaya qoymaqla, öz gerçək niyyətlərini pərdələyirdi və Azərbaycandakı nüfuzunu da qorumağa çalışırdı. Lakin müharibədən sonra yaranan yeni reallıqları öz milli təhlükəsizlik maraqları baxımından təhdid kimi qiymətləndirən İran rejimi kartlarını açıq oynamaq məcburiyyətində qalaraq gerçək mövqeyini ortaya qoydu. Təsadüfi deyil ki, bunun nəticəsində İran-Azərbayan münasibətlərində indiyədək görünməmiş səviyyədə gərginlik yarandı. 

Politoloq söhbət əsnasında bildirdi ki, Avropada isə Ermənistanın ənənəvi olaraq əsas tərəfdaşı Fransadır. Ermənistan Avropa Birliyinin lider dövlətlərindən biri, BMT TŞ-nin daimi üzvü olan Fransanın təsir gücündən və imkanlarından yararlanmaq istəyir.

“Fransanın da Cənubi Qafqaz regionunda yeni siyasət formalaşdırmağa çalışdığını və istinad nöqtəsi kimi Ermənistana üstünlük verdiyini müşahidə edirik. Bu səbəbdən iki ölkə münasibətlərinin inkişaf etməyə başlaması çox da sürpriz deyil”

Politoloq Anar Əliyev açıqlamasında isə bildirib ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda Ermənistan hökumətinin xüsusi nümayəndəsi statusu daşıyan Ermənistan təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Avropaya növbəti turnesi son zamanlar Ermənistanın yüksək çinli məmuralarının Avropaya etdiyi çoxlu sayda səfərlərdən biridir:

"Qriqoryanın həm Fransaya, həm də Almaniyaya səfərləri çərçivəsində əsas hədəf təbii ki, son günlər Azərbaycan Prezidentinin dilindən səslənən bir çox ciddi məsələlərin müzakirə olunması və Azərbaycanın ortaya qoyduğu iradəyə qarşı Qərb dövlətlərinin, xüsusilə də Fransanın Ermənistanı alət edərək atacağı addımların müzakirəsi xarakteri daşıyacaq. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq qəti şəkildə Cənubi Qafqazda proseslərin tənzimlənməsində Fransanın tərəf kimi çıxış edə bilməyəcəyini və Azərbaycanın buna heç bir halda imkan verməyəcəyini bəyan edib. Dekabrın əvvəllərində Avropa İttifaqı formatında Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi və Ermənistanın bu görüşün keçirilməsi üçün şərt irəli sürməsinə Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe Fransa tərəfindən çox narahatlıqla, müəyyən ehtiyatla qarşılandı. Fransa tərəfi Azərbaycanın belə sərt və qəti mövqe sərgiləyəcəyini gözləmirdi. Çünki Fransanın bu günə qədər, xüsusilə də 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonra Cənubi Qafqazda baş verən proseslərlə bağlı atdığı addımların hamısının mahiyyətində məhz yenidən Cənubi Qafqazdakı proseslərin tənzimlənməsində tərəf kimi iştirakı və bu proseslərə daxil olmaq istəyi ilə bağlı idi. Bütün planların hamısı Fransanın Cənubi Qafqazdakı maraqlarının təmin olunmasına istiqamətlənmişdi. Hesab edirəm ki, bu mənada Ermənistanın davamlı şəkildə təxribatlara təhrik edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin nə ayrılıqda Rusiya formatında, nə də Avropa İttifaqı Şurası formatında tənzimlənməsinə imkan verməməklə özünün aparıcı rolunu, Fransaya olan ehtiyacı ortaya qoymağa çalışırdı. Baş verən proseslər Fransanın planlarının reallaşmadığını, tam əksinə, Fransanın vasitəçilik missiyasını tamamilə aradan qaldırmış oldu. Bu mənada hesab edirəm ki, Armen Qriqoryanın Fransaya və Almaniyaya çağırılmasında əsas hədəflərdən biri Ermənistan üzərindən Azərbaycana hansı təzyiq alətlərindən və vasitələrindən istifadə edilə biləcəyini bir daha müzakirəyə çıxarmaq və Ermənistanı növbəti təxribatlara təhrik etmək məqsədi daşıyır”.

Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı