"Farsın erməniyə yardımı türkə düşmənliyindən irəli gəlir".
Ednews xəbər verir ki, bunu dünən Cəbrayıl və Zəngilana səfər etmiş Güney Azərbaycanın milli fəalı, Günaz TV-nin rəhbəri Əhməd Obalı bu gün Mətbuat Şurasının keçirdiyi görüşdə deyib:
“Şimali və cənubi Azərbaycanın dərdi farsçılıq ideologiyasıdır. Quzey Azərbaycan istər hər gün dostluq mesajı göndərsin, bunun bir mənası olmayacaq.
Bölgədə gedən proseslər İranın əleyhinədir. Azərbaycan Prezidentinin köməyi ilə Türkiyə-İsrail əlaqələri yaxşılaşdırılıb. Bu əlaqələrin müsbət yöndə getməsi bizim xeyrimizədir. Bu istiqamətdə gedən proseslərdə Azərbaycan Prezidentinin mesajları, beynəlxalq arenadakı çıxışları da güneyli azərbaycanlılara güc verdi".