“Azərbaycan öz dostlarından yeni silahlar almalıdır” Hərbi ekspert

Siyasət 15:30 06.12.2022

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ordusunun Türkiyə ordu modelinə keçidi başlanıldı. Bununla da ordunun müasirləşməsi daha da sürətləndi.

Ermənistanda uduzduğu müharibədən sonra boş dayanmadı və öz ordusunu yeni silahlarla təchiz etməyə başladı. Belə ki, son zamanlar Ermənistan Hindistandan uzun mənzilli raket sistemlərinin alınması mövzusu Azərbaycan auditoriyasının gündəmindədir. 

Azərbaycanda müharibədən sonra təkcə ordunun şəxsi heyətinin təkminləşdirilməsinə deyil, həm də ordunun müasir texnoloji silahlarla təchizinə maraq ayırdı. Bir müddət Azərbaycan mediasında gedən məlumatlara görə Azərbaycan Pakistan İslam respublikasından döyüş və təlim təyyarələri alacağı barədə xəbərlər verilirdi. Azərbaycan Pakistandan “JF -17 Thunder” döyüş və "Super Mushshak" təlim təyyarələrini almaq istəyir. Bundan başqa Bakıda ADEX-2022 və “Securex Caspian-2022” 13-cü Beynəlxalq “Daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlığı” sərgiləri zamanı Azərbaycan İsrail və Türkiyədən yeni silahların alınması barədə razılığa gəlinmişdi. 

Azərbaycanın Müdafiə Sənayesi naziri Mədət Quliyev yeni silahların alınması barədə danışarkən; “Türkiyə ilə birlikdə 10-15 il əvvələ nəzərdə tutulan bu cür silahlar üzərində işləyirik. Yəni biz gələcəyə baxırıq. Biz hətta 20 il irəliyə baxırıq. Bu, dövlət başçısının göstərişidir”, - deyə o, qeyd edib.

Rəsmi Bakı Təl-Əvivlə də danışıqlar aparır. Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrailin “Rafael” şirkətinin rəhbəri Yoav Har-Even arasında keçirilən görüşdə regional təhlükəsizliyə ümumi töhfəni müzakirə ediblər. 

Xatırladaq ki, “Rafael şirkətinin məhsulları arasında AGM-142 “Have Nap” hava-yer raketləri, “Shafrir” hava-hava raketləri, “Spike” tank əleyhinə raket sistemləri, “Spyder” zenit-raket sistemləri, “Matador” tank əleyhinə qumbaraatan, “Skylite” vasitələri, uzaqdan idarə olunan “Protector” qayığı, “Dəmir Günbəz” taktiki Raket Əleyhinə Müdafiə (RƏM) sistemi, zirehli maşınlar üçün “Trophy” aktiv müdafiə sistemi, “Iron Beam” lazer əsaslı RƏM sistemi diqqət çəkir.

Bəs Azərbaycan ordunun silah təminatını yaxşılaşdırmaq üçün hansı addımları atır?

Bu barədə Ednews-a açıqlama verən hərbi ekspert Emin Həsənliyə görə, hər il yeni silahlar çıxır və bütün dövlətlər bu silahları əldə etmək istəyir:

“Hər bir dövlət istəyir ki, çox düz olsun və öz sərhədlərində müstəqilliyi qorusun. Hər bir dövlətin güclü olması onun güclü ordusundan çox asılıdır. İqtisadiyyatı və ordusu güclü olmalıdır. Bu həm hava hücumu üçün, həm quru qoşunları üçün çox vacibdir. Bütün qoşun növləri üçün. Burda təkcə helikopter və tanklardan söhbət getmir. Rabitə qurğularından tutmuş istənilən ordu üçün lazım olan ləvazimat, əgər yenisi varsa, yenisi daha lazımlıdırsa və düşməndən üstünlük əldə etmək üçün önəmlidirsə, Azərbaycan dövləti onu edir və edəcək. Son illər onu göstərir ki, Azərbaycan prezidenti, Silahlı qüvvələrin Ali Baş komandanı ordunun saxlanılması üçün, silahlanması üçün nə lazımdırsa, edir və bu da təbiidir. Bunun nəticəsində də 2020-ci ildə biz böyük qələbə əldə elədik. 

Bilirsiz ki, dağlıq və meşə ərazilərində yeni Xüsusi komanda hərbi hissələrimiz yaradılıb, xüsusən Anti terror əməliyyatlarının keçirilməsi üçün xüsusi təlimlər keçirildi. Qardaş Türkiyə ilə geniş miqyaslı təlimlər keçirilir. Bu təlimlər hamısı ordumuzun güclənməsinə, inkişaf etməsinə töhfə edir. Azərbaycan ordusu da Türkiyə modelinə keçir. Şuşa bəyənnaməsinə bu tam uyğundur, bu bizim də milli maraqlarımıza tam cavab verir. Türkiyə ordusu dünyanın ən güclü ordularından biridir və Türkiyədə son zaman silah istehsalında çox böyük uğurlar əldə eləyib və 80 faiz özü təmin eləyir. Azərbaycan ordusu da müdafiə sahəsində son dövrlər inkişafı var, bəzi yerlərə silahlar istehsal edilir, təkminləşdirilir. Azərbaycan da müttəfiqi Türkiyədən helikopterkərin və digər silahların alınmasına maraq göstərməsi təbiidir”. 

Ekspertin sözlərinə görə, Azərbaycan silahların alınması üçün özünün dostlarına üstünlük verməlidir:

“Pakistan Azərbaycana müharibədə çox böyük dəstək oldu.  Biz Britaniyaya, İsrailə daha böyük üstünlük verə bilərik. Amerika Birləşmiş Ştatlarına üstünlük vermək olar. Rusiya silahının Ukrayna müharibəsindən sonra dünyadakı imici də bəllidir. Qarabağ müharibəsindən sonra müharibəyə münasibət dəyişib. Bu da bəllidir. Müharibədə artıq yeni silahların olması qaçınılmazıdır. Ukrayna müharibəsi də onu göstərdi ki, ənənəvi hücüm taktikası özünü doğrultmur. Və ya kiçik qruplar elə yerlər var ki, orda kiçik xüsusi təyinatlıların əməliyyatı, peşəkar hərbiçilərin əməliyyatı daha effektivdir. O cümlədən hava zərbələri dəqiq olmalıdır. Artireya zərbələri dəqiq olmalıdır. Biz dünyanın ən müasir dövlətləri ilə əməkdaşlıq etməliyik. Qardaş Türkiyənin də bu sahədə inkişafı yüksəlir. Yaxınlıqda onların təyyarələri olacaq, onlarla da birgə bu işi Azərbaycan dövləti aparacaq. Yəni, güclü olmaq istəyirsənsə, özünün olmalıdır. Azərbaycan dövləti özü də bunu fikirləşməlidir. Xüsusən, Türkiyə ilə bu sahədə işlər dərinləşdirilir və gələcəyə böyük müddət var”.

Əbülfət Baxşəli

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı