Azərbaycan-Türkiyə hərbi təlimləri İrana ciddi mesajdır Ekspertlərdən AÇIQLAMA

Siyasət 18:00 06.12.2022

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan və Türkiyə birgə hərbi təlimlər həyata keçirir. 

Azərbaycan ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlıları, mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimlər Bakı, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. 

Təlimlərdə müasir döyüş üsullarının istifadəsi, xüsusilə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlara önəmli diqqət verilib. 

Bəzi ekspertlərin fikrincə, hərbi təlimlərinin son vaxtlar ölkəmizə qarşı təxribatlar törətməyə meyl edən İran, Ermənistan və Rusiyaya qarşı ciddi mesaj olduğu bildirilir. 

Məsələ ilə bağlı Endews –a açıqlamasında politoq İlyas Hüseynov bu kimi iddiaları doğru hesab edib.  

Onun sözlərinə görə, ikitərəfli hərbi təlimlərin mahiyyəti region dövlərinə siyasi mesaj ötürməkdir. 

“Vətən müharibəsinin gedişində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək görsədib. Türkiyənin Qafqazda son dövrlər güclənməsi müşahidə olunur. Xüsusilə, 44 günlük müharibədən sonra yeni geosiyasi konfiqurasiya Türkiyə və Rusiyanın Cənubi Qafqazda mövqeyini daha da möhkəmləndirib. Eyni zamanda, biz İranın aqressiv hərəkətlərini görürük. Rəsmi Tehran açıq şəkildə ölkəmizə qarşı təhdidlər və təxribatyönlü açıqlamalar yayır. Qüdsə gedən yolun Bakıdan keçməsi mesajı kimi hərəkətlər yol verilməzdir. Azərbaycan bu mesajlar qarşısında sakit durmayacaq. Buna görə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. 

Onu da qeyd edim ki, iki dövlət arasında imzalanan Şuşa bəyannaməsi Türkiyəni Azərbaycanın hərbi-siyasi müttəfiqini çevirib. Hazırda bu bəyannamənin bütün maddələri işlək vəziyyətdədir. Şuşa bəyannaməsi məhz Azərbaycan və Türkiyənin birgə hərbi təhlükəsizliyinin və siyasi sabitliyinin təmin olunmasına istiqamətlənib”. 

İlyas Hüseynov, həmçinin Türkiyənin Cənubi Qafqazda son proseslərə diqqətlə yanaşdığını vurğulayıb. 

“Regionda karbohidrogen ehtiyatlarının qorunması, yeni kommunikasiyaların fəaliyyətə başlaması və regional əməkdaşlığın inkişaf etməsi rəsmi Ankaranın geosiyasi maraq dairəsindədir. Türkiyə Qafqazda xalqlararası sülhün qorunmasının tərəfdarıdır. Nəzərə alaq ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə yanaşı Ankara və İrəvan arasında ikitərəfli əlaqələrin qurulması istiqamətində siyasi dialoq da davam etməkdədir. Türkiyə ilə aparılan hazırki hərbi təlimlər də bölgədə sülhün və təhlükəsizliyin təminatına xidmət edir”. 

Hərbi ekspert Tərlan Eyvazov Ednews –a açıqlamasında hərbi təlimlərin əsasən İran və Ermənistana ciddi mesaj olduğunu hesab edib. 

“Biz hər zaman Türkiyə ilə bərabər hərbi təlimlər keçirmişik. Amma məxsusi olaraq növbəti təlimlər üçün sərhədyanı bölgənin seçilməsi İrana ciddi mesajdır. Bildiyimiz kimi, son iki ildə İran hərbiçiləri Araz çayı boyunca təxribatyönlü hərbi təlimlər həyata keçirib. Biz də sakit durmayaraq  ötən ay Xüsusi Təyinatlı Qüvvələrin təlimini keçirtdik. Azərbaycan və Türkiyə ordusunun bu dəfəki genişmiqyaslı hərbi təlimlərinə xüsusi təyinatlılar ilə yanaşı quru qoşunları, raket-artilleriya birlikləri və dəniz qüvvələri cəlb edilibdir. Fikir verərsiniz ki, Araz çayı üzərində xüsusi pantonlar qurulur. Ona görə də buna region dövlətləri tərəfindən xüsusi diqqət yetiriləcək.  Eyni zamanda Türkiyə Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Başqərargah rəhbərliyinin, eləcə də Azərbaycan Müdafiə Nazirliyinin müşahidəsi altında aparılan bu təlimlər Azərbaycan-Türkiyənin vahid ordusunun formalaşmasına doğru çox ciddi zəmin yaradacaq.  Biz bundan sonra da bütün növlər üzrədə təlimlər keçirəcəyik. İran bilməlidir ki, Azərbaycanın Türkiyə və Pakistan kimi hərbi müttəfiqləri var”. 

Yunis Abdullayev

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Hamısı