Qarabağ zəfəri bütün türk dünyasında qeyd olunur - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Qarabağ zəfəri bütün türk dünyasında qeyd olunur

Siyasət A- A A+

“44 günlük Qarabağ zəfəri türk dünyası üçün çox mühüm qürur və ümid mənbəyi oldu. Bu, onu göstərdi ki, birləşsək, birlikdə hərəkət etsək, strateji imkan və imkanlarımızı birləşdirsək, nələrə nail ola bilərik”.

Ednews xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bu gün Türkiyə Milli Kitabxanasında “Diplomatik Münasibətlərin 30-cu ildönümünə həsr olunmuş Türkiyə-Qazaxıstan Təhsil Əməkdaşlığı və Əhməd Yəsəvi Universiteti” seminarında çıxışında bildirib.

O, qeyd edib ki, Qarabağ zəfəri təkcə Türkiyədə və Azərbaycanda deyil, bütün türk dünyasında, Orta Asiyada ürəkdən qeyd olunur.

“Daha da əhəmiyyətlisi, bundan sonra birlik və həmrəylik içində hərəkət etdiyimiz zaman bu, bizə nəyə nail ola biləcəyimizə dair çox vacib bir özünəinam verdi, üfüq perspektivi təqdim etdi.

Xüsusilə, son dönəmdə türk dünyasının özünə gəlməyə başladığı çox strateji, tarixi və kritik bir dönəmdən keçirik. Türk dünyası yenidən birləşir, yeni bir üfüq açır. Türk Dövlətləri Təşkilatı olaraq yenidən müəyyən edilən, formalaşan və təşkilatlanan təşkilatımızın siyasi baxışı bunun ən konkret nəticələrindən biridir", - deyə İ.Kalın əlavə edib. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...