Rusiya prezidenti Vladimir Putin dekabrın 9-da Bişkekdə ortaq qaz bazarının formalaşdırılmasının müzakirə olunacağı Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.
Ednews xəbər verir ki, bu fikirləri Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Kremlin sahibi Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.