Dövlətə məxsus əmlakların özəlləşdirildikdə bəzi vergilərdən azad olunmasına dair yeni LAYİHƏ - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Dövlətə məxsus əmlakların özəlləşdirildikdə bəzi vergilərdən azad olunmasına dair yeni LAYİHƏ

Siyasət A- A A+
Dövlətə məxsus əmlaklar özəlləşdirilən zaman bəzi vergilərdən azad olunacaq.
 
Ednews-un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
 
Dəyişikliyə əsasən, dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarına uyğun olaraq 2023-cü il yanvarın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus əmlaklar özəlləşdirmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak və torpaq vergisindən azad olunacaq.
 
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...