Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib

Siyasət A- A A+
Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir. 
 
Ednews  report.az-a istinadən xəbər verir ki, yataqxanalar “Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib. 
 
Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib.
 
Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər. 
 
Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...