Erməni uşaqları silahlandırılır Azərbaycanlı fəallardan BƏYANAT

Siyasət 13:40 13.12.2022

Qarabağda uşaq və yeniyetmələrin silahladırılması, onların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı çoxsaylı faktlar var.

Buna etiraz olaraq Çevik Ekspertlər Qrupunun üzvləri - “ Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə və “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bəyanat yayıb. Bəyanatda Çevik Ekspertlər Qrupu düşmənin bu addımının istər hüquqi, istərsə də qanuni tərəfdən yanlış olduğunu bildirilib.

Ednews bəyannaməni təqdim edir:

"Sosial şəbəkələrin erməni seqmentində Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlıları tərəfindən nəzarət olunan ərazilərində, xüsusilə də Xankəndidə uşaq və yeniyetmələrin silahlandırılması, onlara Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri üçün təlimlər keçirilməsi ilə bağlı çoxsaylı faktlar öz əksini tapır. 2020-ci ilin sentyabr-noyabr aylarında da uşaqların Ermənistan tərəfindən hərbi təlimlərə və döyüş əməliyyatlarına cəlb edilmələri, bu zaman müxtəlif ağırlıqda bədən xəsarətləri almaları, eləcə də uşaq bağçalarının, məktəblərin hərbi məqsədlərlə istifadə olunmaları ilə bağlı çoxsaylı faktlar qeydə alınmışdı.

Biz, Çevik Ekspertlər qrupu olaraq Ermənistan tərəfindən erməni uşaqlarının “vətənpərvərlik” adı altında uşaq əməyinin ən ağır forması olan insan alverinə cəlb edilməsinə göz yuma bilmirik. Uşaqların qanunsuz olaraq hərbi əməliyyatlara cəlb edilməsi, insan alveri ilə mübarizəyə çağıran beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Biz, qoşulduğumuz beynəlxalq sənədlərin aliliyinə həmişə hormətlə yanaşırıq! Erməni uşaqlarının məcburi əməyə və əməyin istismarına cəlb edilməsi, Azərbaycan Respublikasının suveren ərazisi olan Xankəndi şəhərində baş verməsi və müvəqqəti olaraq sülhmərəmlılar tərəfindən nəzarət edilən digər ərazilərimizdə azyaşlıların hərbi məqsədli əməliyyatlara cəlb ediməsi. hərbi təlimlərdə istifadə olunmalarına qəti etiraz edirik.

Bildiririk ki, bununla Ermənistan BMT-nin Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsini ( silahlı münaqişələr zamanı uşaq və yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunmasını qadağan edir), “İnsan alverinə qarşı mübarizə haqqında” 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Konvensiyasının 57-ci maddəsinin 3-cü bəndini (uşaqların istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması) və ümumilikdə beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan Respublikasının müvafiq hüquqi-normativ aktlarını kobud şəkildə pozur.

Biz, silahlı münaqişələr və ya münaqişə sonrası uşaqların hərbi əməliyyatlara, hərbi məqsədli hazırlıqlara cəlb edilməsinə, uşaqların silahlandırılmasına, uşaq əməyinin istismarına son qoymağı tələb edir, beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün məcburedici addımlar atmağa çağırırıq.

Nəzrin Beydiyeva

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Hamısı