2022-ci ildə dünyada bir çox siyasi hadisələr baş verdi. Müharibələr, imzalanan sülh müqavilələri...
Maraqlıdır ki, bəs 2023-cü ildə hansı ərazilərdə münaqişə ocağı, hansı ölkələrdə sülh bərqarar ola bilər ?
Ednews millət vəkili Fazil Mustafa və politoloq Qabil Hüseynlinin fikirlərini təqdim edir.
Qabil Hüseynli
.jpg)
“Hesab edirəm ki münaqişə bölgəsi kimi Ukrayna-Rusiya müharibəsi ön planda olacaq. Daha sonra Çinin Tayvanı öz ərazilərinə daxil etmək planı yeni bir münaqişə ocağının yaranmasına səbəb ola bilər. Cənubi Koreya və Şimalin Koreya arasında da həmçinin gərginlik münaqişəyə gətirib çıxara bilər”.
O həmçinin qeyd edib ki sülhün bərqarar olunmasında ən böyük ehtimal Cənubi Qafqazda ola bilər.
“Burada söhbət Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından gedir. Bu müqavilənin imzalacağı gözlənilir”.
Fazil Mustafa
.jpg)
“Bunları söyləmək bir qədər çətindir. Amma indiki proseslərə baxsaq Ukrayna-Rusiya müharibəsi hələ də davam edir. Eyni zaman da Qarabağda da ermənilərin təxribatçı addımları davam edirsə, təbiidir ki Azərbaycan bu məsələni hər hansı yolla həllini tapmalıdır. Bu da yeni münaqişənin yaranmasına səbəb ola bilər”.
Millət vəkili həmçinin qeyd edib ki, Suriyada, İraqda münaqişələr çözülməyib.
“Rusiyanın bundan sonra hansı ölkələrlə münaqişələrin gərginləşdirəcəyi bəlli deyil. İranla bağlı gərginlik də növbəti il gündəmdə qala bilər”.
O qeyd edib ki, bu hadisələrə nəzər salsaq 2023-cü il də bizə sakit bir dünya vəd etmir.
“Dünyada sanki sülhün bərqərar olunmasında yardım edə biləcək hər hansı bir qurumun aktivliyi hiss olunmur. Məsələn ABŞ-ın Ukrayna məsələsindəki mövqeyi. Bu müharibənin sonunu gətirməkdənsə daha uzun çəkməsinə gətirib çıxardı”.
Ayan Rzayeva