"Biz Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyünü tam dəstəkləyirik".
Ednews xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali NEWS.ru-ya müsahibəsində bildirib.
"Biz bu regionda istənilən geosiyasi dəyişikliyi təhlükəli hesab edirik və buna qarşıyıq. Biz dialoqu, qarşılıqlı əlaqəni və danışıqları münaqişələrin həllinin ən yaxşı yolu hesab edirik ”, - deyə Cəlali vurğulayıb.