Moskvada dövlət televiziyasına danışan Rusiya lideri Amerika istehsalı olan Patriot raketlərinin Ukraynaya çatdırılacağı təqdirdə onları hədəfə alacaqlarını bildirib.
Ednews "New York Times"- a istinadən xəbər verir ki, Putin ABŞ-ın Ukraynaya göndərəcəyini vəd etdiyi qabaqcıl hava hücumundan müdafiə sistemləri xəbərinə sərt reaksiya verib
Putin dövlət televiziyasına müsahibəsində Qərbi, Rusiyanı “parçalamaq” cəhdində ittiham edib.
"Düşmənlərimiz tarixi Rusiyanı parçalamağa yönəlmiş siyasət yürüdürlər”, - deyə o çıxışı zamanı deyib.
Onlar həmişə “parçala, hökm sür” siyasətini həyata keçirməyə çalışıblar. Bizim məqsədimiz isə rus xalqını birləşdirməkdir"-, deyə o, nitqinə əlavə edib.
Putinin “tarixi Rusiya” deyərkən nəzərdə tutduğu, bütövlükdə Ukrayna və Rusiyanı özündə birləşdirən strukturdur.
Sülh danışıqlarına hazır olduqlarını deyən Rusiya lideri danışıqlardan yayınan tərəfin Qərb olduğunu vurğulayıb.
Rusiya lideri, həmçinin, hamı ilə məqbul həll yolları haqqında danışıqlar aparmağa hazır olduqlarını da açıqlayıb.
Nəzrin Eldarqızı