Qarabağdakı təbii yataqların ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır - ednews.net

31 Yanvar, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Qarabağdakı təbii yataqların ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır

Siyasət A- A A+

Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır. 

Ednews Ermənistan teleqram kanallarına istinadən xəbər verir ki, yataqların qanunsuz istismarını həyata keçirən “Base Metal” şirkəti ekspertiza başa çatana qədər mədənin fəaliyyətini dayandırmaq qərarına gəlib. 

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...