Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana təşəkkür edib.
Ednews xəbər verir ki, bu barədə Baş nazir rəsmi “Twitter” hesabında qeyd edib.
“Azərbaycanın Pakistandakı daşqın qurbanlarına davamlı dəstəyi üçün Prezident İlham Əliyevə minnətdaram. Bu cür mehriban jestlər seldən zərər çəkmiş insanların mənəviyyatını yüksəltməklə yanaşı, həm də ümumi insanlığa olan inamımızı bərpa edir”, - deyə Ş.Şərif qeyd edib.
Qeyd edək ki, Azərbaycan Pakistandakı daşqın fəsadlarının aradan qaldırılmasına əlavə 2 milyon dollar ayırıb.