Qərb mütəxəssisləri, İngiltərədə “Kraken” adlanan və dominant hala gələ biləcək Covid variantı aşkar edib.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, XBB.1.5 'Kraken' koronavirus variantının son aylarda ABŞ-dan gəldiyi deyilir. ÜST-nin Covid üzrə texniki rəhbəri Maria Van Kerkhove həmin virusu "bu günə qədər Omicron-un ən yoluxucu forması" olaraq təsvir edilib.
Risklərin qiymətləndirilməsi nəticəsində müəyyən edilib ki, Omicron CH.1.1 qolu, eləcə də “Kraken” Böyük Britaniyada ən təhlükəli ştam ola bilər.
Vaksinasiya davam etdirilməlidirmi?
Mütəxəssislərə görə, həm CH.1.1, həm də XBB.1.5 subvariant kimi ilk dəfə 24 noyabr 2021-ci ildə elan edilmiş Omicron virus növünün bir hissəsidir. Bundan qorunmaq üçün ən təsirli vasitə vaksinasiya ola bilər.
"Vaksinasiya gələcək COVID-19 dalğalarına qarşı ən yaxşı müdafiəmiz olaraq qalır, buna görə də insanların buna can atması və müvafiq olan bütün dozaları mümkün qədər tez qəbul etmələri həmişə olduğu kimi vacibdir". Bu sözləri Britaniya Səhiyyə təşkilatında Klinik və İnkişaf etməkdə olan İnfeksiyalar şöbəsinin direktoru doktor Mira Çand belə deyib.
O, bildirib ki, təkcə milad bayramı ərəfəsində Böyük Britaniyada 2,9 milyon nəfərin virusa yoluxduğu qeydə alınıb.
Elnur Ənvəroğlu
Mənbə: Mirror.co.uk