Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi Cənubi Qafqazda hansı yeniliklərə SƏBƏB olacaq? Siyasi ŞƏRH

Siyasət 14:19 18.01.2023

Son vaxtlar Ermənistan-Rusiya münasibətləri pisləşməyə doğru irəliləyir. Prosesin bu cür davam etməsinin Ermənistanda müəyyən dairələrdə etiraz dalğası yaradacağı gözlənilir. Laçın-Xankəndi yolundakı aksiyaya görə Ermənistan tərəfi Kremli günahkar hesab edir. KTMT-nin İrəvanda təlimlərindən imtina olunur və bu gedişlə Qərbin İrəvanı Moskvanın orbitindən qoparmaq şansları artır. Bu mənada iki müttəfiq ölkənin münasibətlərinin korlanmağı Cənubi Qafqazda hansı yeniliklərə, dəyişikliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı Ednews-a danışan siyasi şərhçi Elşən Manafov açıqlamasında bildirib ki, Rusiya və Ermənistan arasında münasibətlərdə ciddi problemlər yaşanmır. Ermənistan hakimiyyətinin xüsusilə Paşinyanın son vaxtlar qəbul etdiyi qərarlar heç şübhəsiz Rusiyanın hakim siyasi elitasında müəyyən narazılıq yaradır. Amma rəsmi kontekstdə Rusiya hələlik buna münasibət bildirməyib.

“Ermənistan iqtidarı isə Rusiyanı artıq Ermənistanın dövlət suverenliyini təhdid etməkdə ittiham edir. Bu məsələnin birinci tərəfidir. İkinci tərəfi ondan ibarətdir ki, Paşinyan bu ilin əvvəlində Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  Ermənistan ərazisində hərbi təlimlərin keçirməsinin müvafiq olmadığını qeyd etdi. Bu da Rus NATO-suna Ermənistana indiki iqtidarı tərəfindən müəyyən bir mesaj kimi qəbul oluna bilər. Üçüncüsü Paşinyan hələ müxalifətdə olarkən Ermənistanın həm KTMT-dən, həm də Avrasiya İqtisadi Birliyindən çıxmasının vacibliyi  bağlı məsələləri vurğulayıb. Onun bəyan etdiyi addımların atılacağı istiqamətində müəyyən qərarlar qəbul edəcəyi istisna deyil. Paşinyanı hakimiyyətə gətirən Qərbdəki bəlli dairələr də bu ismarıcları vermişdilər. Onun əsas məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən qoparıb perspektivdə Cənubi Qafqazın Qərbin nüfuz dairəsinə keçməsinə kifayət qədər ciddi təsir göstərə biləcək qərarlar qəbul etməkdən ibarət idi”.

Politoloqun sözlərinə görə, Paşinyan anlamamış deyil ki, Rusiya və İran bölgəyə üçüncü tərəfin, yəni Qərbin bölgədə nüfuz sahibi olmasından narahat olurlar.

“Bu mənada Paşinyanın problemi məhz onun qəbul etdiyi qərarlara geosiyasi səciyyə təşkil etməsindədir. Bütün hallarda onun qərarları regionda nüfuz sahibi olan İran və Rusiyanın maraqlarına cavab vermir. Lakin, nəzərə almaq lazımdır ki, Paşinyan həm də elə bir vəziyyətdədir ki, o manevr etmək məcburiyyətindədir. Vaxt qazanmaq istəyir. Məsuliyyətdən kənar qalmaq istəyir.

Rusiyanın Ermənistanda kifayət qədər təsir rıçaqları var. Bu istər Ermənistan iqtisadiyyatına, istərsə də Rusiyanın orada hərbi mövcudluğudur. Rusiya əlverişli məqamın yaranmasından sonra Ermənistanda dövlət hakimiyyətində müəyyən dəyişikliklər edilməsinə gedə də bilər”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, Nikol Paşinyan Rusiya dövləti və maraqlarının əleyhinə zidd siyasət aparır. Bu da Rusiyanı məcbur edir ki, Azərbaycan tərəfi ilə dil tapsın.

“Sözsüz ki, Rusiya istərdi ki, Ermənistanı dəstəkləsin, orada mövqelərini gücləndirsin, ermənilərin əli ilə Azərbaycana qarşı siyasət həyata keçirsin və s. Amma Ermənistanın qərbpərəst siyasət aparması Moskvanı çıxılmaz vəziyyətə salır. Əlbəttə, Rusiya Azərbaycanın güclənməsində, Türkiyənin Cənubi Qafqazda təsirini artırmasında, Bakı-Ankara münasibətlərinin hər keçən gün güclənməsində qəti maraqlı deyil. Amma Ermənistanı dəstəkləməklə həm də özünə ziyan vurur. Çünki Ermənistan Rusiyaya deyil, Qərbə doğru istiqamət götürüb”.

S.Cəlaloğlu hesab edir ki, Rusiya əvvəlki Rusiya deyil, Ukrayna müharibəsindən əvvəlki Rusiyadan əsər-əlamət yoxdur. Artıq beynəlxalq hüquqda nüfuzu sıfıra enən, daxildə problemləri olan və dünyadan təcrid edilən Rusiya var.

“Eləcə də Ermənistan əvvəlki deyil. Yəni Azərbaycan ərazilərinin 30 faizini işğal edən, özünü qalib xalq kimi göstərən, dünyada hamını qalib xalq kimi onunla razılaşmağa sürükləyən Ermənistandan əlamət qalmayıb. İndisə qorxan, müharibədə silahını atıb qaçan, özünü qorumaq imkanı olmayan Ermənistan var. Üstəlik uzun illər illüziyalar üzərində qərbi aldadan Ermənistan ortaya çıxır. Qısacası, nə Rusiya, nə də Ermənistan əvvəlki deyil. Ona görə də, bunlar arasında əvvəlki əlaqələr heç vaxt yaranmayacaq”.

Oğuz Ayvaz

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Hamısı