20 Yanvar faciəsinin günahkarı kimlər idi? Partiya rəhbərlərinin ŞƏRHİNDƏ

Siyasət 15:31 20.01.2023

90-ci illərdə bir çox hadisələr və siyasi proseslər Qara Yanvar faciəsinin baş verməsinə səbəb oldu. 

Kimlərdir günahkar? 

Azərbaycan Xalq Partiyasının qurucusu Pənah Hüseyn Ednews-a açıqlamasında həmin dövrün hadisələrini bu cür şərh edir; 

“O vaxtı Moskvanın köməyi ilə Azərbaycan SSRİ-nin tərkib hissəsi olan Qarabağın ermənilər tərəfindən ilhaqına qarşı ümummili müqavimət hərəkatı ərsəyə gəldi. Eyni zamanda Azərbaycan xalqı totalitar kommunist rejiminə qarşı demokratik mübarizədə öndə gedən xalqlardan biri hesab olunurdu. Milli istiqlaliyyət istiqamətində bütün ölkə üzrə geniş xalq hərəkatı vüsət almışdı. Nəhayət SSRİ-nin rəhbərliyi imperiyanın çöküşünün qarşısını almaq üçün Bakıda silah və güc yolu ilə hərəkatı yatırmağa qərara gəldi. 20 Yanvar qırğınının mahiyyətində əsas duran səbəblər bu idi”. 

Yanvar faciəsinə aparan təxribatxarakterli hadisələrdən və provokasiyalardan söz açan Pənah Hüseyn bildirib ki, Azərbaycan SSRİ – nin Ali Soveti bu əməllərin araşdırılması üçün İstintaq Komissiyanın yaradılması ilə bağlı qərar qəbul etmişdi. 

“İstintaq Komissiyasi çərçivəsində prokurorluq və hüquq-mühafizə orqanlarının, eləcə də xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən faktlara və dəlillərə əsaslanan sənədlər tərtib edilibdir.  Həmin sənədlərdə çox aydın şəkildə qeyd edilir ki, bu təxribatların əksəriyyəti SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb. Bütün bunlara siyasi, hüquqi və siyasi-hüquqi qiymət verilibdir”. 

Xalq hərəkatının digər fəal üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu Zərdüşt Əlizadə bu məsələyə fərqli münasibət bildirərək qeyd edib ki, xalqımıza qarşı qırğının törədilməsində birbaşa hərəkatın rəhbərləri günahkardırlar. 

“1988-ci ildə Azərbaycanda möhtəşəm xalq hərəkatı başlamışdı. Məqsədimiz ölkəmizdə demokratik islahatların aparılmasına şərait yaratmaq, ən əsası hakimiyyəti nomenklaturadan alıb xalqa vermək idi. Lakin bunu özü üçün təhlükə hesab edən SSRİ rəhbərliyi və KGB öz  agentlərini xalq cəbhəsinə saldı. Həmin agentlər də müxtəlif vasitələrlə demokratik islahatları istəyən şəxsləri cəbhədən kənarlaşdırdılar. Sonrakı proseslərdə isə zorakılığa meyilli olan bu agentlər hərəkatı tankların qarşısına atıb məhv etdilər. Onun hörmətini gözdən saldılar. Hər hansı hadisəyə onun nəticəsinə görə qiymət vermək lazımdır. Xalq hərəkatında hakimiyyətdə oturan mafiyanın casusları saxtakarlıq və həyasızlıq eləyirdilər, zorakı vasitələrə əl atırdılar. Mən şəxsən yanvarın 7-də xalq cəbhəsini bu səbəblərə görə tərk etdim və onlara dedim ki, siz xalqı qırğına və fəlakətə aparırsınız. 20 Yanvar öncəsi erməni talanları daxil olmaqla KGB tərəfindən planlaşdırılan bütün təxribatlarda Xalq Cəbhəsinin rəhbərləri fəal iştirak edirdi”. 

O vaxtki hadisələrə şahidi olan politoloq Cümşüd Nuriyev məsələyə bu cür münasibət bildirib; 

“1988-ci ildə Azərbaycan xalqı ermənilərin və Qarbaçovun Qarabağla bağlı planlarını alt-üst etmişdi. Buna görə də Azərbaycan xalqına qarşı qisas əməliyyatı planlaşdırdılar. İtkilərimiz az olardı, amma bu mütləq baş verməli idi. Qərbin köməyi ilə hakimiyyətə gətirilən Qarbaçovun qarşısında əsas məqsəd SSRİ-ni dağıtmaq idi. Sonradan üzə çıxan Vilson sənədlərində qeyd edilirdi ki, SSRİ-nin son on il ərzində dağıdılması planlaşdırılırdı, amma Qarbaçov bu planı qısa müddətdə həyata keçirdi. 20 Yanvar qırğını da bu plana daxil idi. Bakıya qoşun yeritmək üçün bir çox bəhanə hazırladılar. Əvvəlcə Cəlilabadda və Lənkəranda icra hakimiyyətlərin binaları zorla ələ keçirildi, sonra isə yanvarın 13-14-də siyahıya uyğun olaraq ermənilərin evlərinə hücumlar edildi, bir çox erməni öldürüldü. Məhz o ermənilər ki,  erməni terror təşkilatlarına pul ödəmirdilər. Əlbəttə, bu talanlar bilərəkdən KGB-nin casusları və ermənilərin əli ilə təşkil olunmuşdur. Guya ki, Ermənistandan deportasiya edilən azərbaycanlılar intiqam almaq məqsədilə bu talanlarda iştirak ediblər. Halbuki, onlar gəldiklərdən bəri Bakını tanımırdılar. Bütün bunların məqsədi o idi ki, Bakıya sovet qoşunları yeridilsin”. 

 

Yunis Abdullayev

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Paşinyanın Moskva səfərinin PƏRDƏARXASI – Rusiyalı politoloqdan ÖZƏL AÇIQLAMA
12:10 08.05.2024
İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO
12:00 08.05.2024
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü başlayıb
11:55 08.05.2024
İsrail Rəfah şəhərini ələ keçirirərsə, Şərq dünyası bundan necə təsirlənəcək? – Misirli ekspertlər ŞƏRH EDİR – ÖZƏL
11:39 08.05.2024
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
Ukrayna əhalisi müharibə bəhanəsi ilə vergidən yayınır
11:30 08.05.2024
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
Pentaqonun keçmiş müşaviri: Zelenski istefaya göndərilə bilər
11:25 08.05.2024
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü BAŞLADI
11:20 08.05.2024
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
11:18 08.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu prospektdə təmir işləri aparılır
11:15 08.05.2024
İngiltərə hava limanlarında sistem çöküb
İngiltərə hava limanlarında sistem çöküb
11:10 08.05.2024
Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK
11:03 08.05.2024
“Sülh üçün COP29 böyük əhəmiyyət kəsb edir” – Tofiq Abbasov
11:00 08.05.2024
Zaqatalada dönərdən zəhərlənənlərin 15-i uşaqdır - TƏBİB
10:41 08.05.2024
Elçin Əmirbəyov: “Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər”
10:34 08.05.2024
Başına pul mükafatı qoyulan Milli Qəhrəman Albert Aqarunov - ANIM - VİDEO
10:30 08.05.2024
Mayın 9-da Bakı metrosunun iş rejimi dəyişdiriləcək
10:26 08.05.2024
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
10:20 08.05.2024
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
"İsrail HƏMAS-la sülh danışıqlarına başlamalıdır" - Ağ Evin Sözçüsü
10:16 08.05.2024
Robert Fitso: "Makron ölkəmizdə populyar siyasətçi sayılmır"
10:09 08.05.2024
Umud Mirzəyev Şuşadan danışdı: “Mən o günlərin şahidi olmuşam”
10:00 08.05.2024
Hamısı