“Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur” – Deputat İTTİHAM ETDİ - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur” – Deputat İTTİHAM ETDİ

Siyasət A- A A+
“Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur”.
 
Ednews  xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.
 
O qeyd edib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır:
 
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Biləni də yaddan çıxarıb”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...