"Xain hücumun obyektiv araşdırılmasını tələb edirik" - Sahibə Qafarova - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

"Xain hücumun obyektiv araşdırılmasını tələb edirik" - Sahibə Qafarova

Siyasət A- A A+
“Bu xain hücumun obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik”.
 
Ednews xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova tviterə yazıb.
 
“Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”, - o bildirib.
 
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.
 
Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
 
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...