“Bu acımasız terror aktını qətiyyətlə pisləyirik” - İrandakı səfirimiz - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

“Bu acımasız terror aktını qətiyyətlə pisləyirik” - İrandakı səfirimiz

Siyasət A- A A+
“Səfirliyimizə edilmiş silahlı hücum nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildi, 2 əməkdaşımız yaralandı”. 
 
Ednews xəbər verir ki, bu fikirləri Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə sosial şəbəkə hesabında yazıb. 
 
“Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm. 
 
Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”, - deyə səfir əlavə edib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...