Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pislədi - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pislədi

Siyasət A- A A+
Küveyt Dövləti İran İslam Respublikasının paytaxtı Tehranda Azərbaycanın səfirliyinə edilən və bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyib. 
 
Ednews xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyindən bildirilib. 
 
Nazirlik Küveyt Dövlətinin zorakılığa və terrora qarşı prinsipial və dəyişməz mövqe tutduğunu vurğulayıb, bu hadisədə Azərbaycan Respublikası ilə həmrəyliyini və onun yanında olduğunu qeyd edib. 
 
Küveyt XİN Azərbaycana və həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib. 
 
Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...