İtaliya və Fransa Ukraynaya raket verəcək - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

İtaliya və Fransa Ukraynaya raket verəcək

Siyasət A- A A+
İtaliya və Fransa hökumətləri Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün raketlər göndərməyi planlaşdırır.
 
Ednews xəbər verir ki, bu barədə İtaliyanın “İl Messaggero” nəşri yazıb.
 
Nəşr bildirib ki, artıq İtaliya və Fransa 700-ə yaxın “Aster-30” zenit raketlərinin alınması barədə birgə razılığa gəliblər. Bütün raketlər Ukraynaya verilməyəcək, bir hissəsi İtaliya və Fransanın arsenalını artıracaq.
 
Qeyd edilib ki, bu raketlər Ukraynaya verilməsi gözlənilən “SAMP-T” HHM sistemlərində istifadə olunur.
 
Həmçinin əlavə olunub ki, hər iki ölkənin müdafiə nazirləri yaxınlarda Ukraynaya “SAMP-T” HHM sistemlərinin təhvil verilməsinin texniki tərəfini Romada müzakirə ediblər. Tərəflər yeni “SAMP-T” sistemlərinin istehsalı barədə razılığa gəliblər.
 
Fransa HHM sistemlərinin Ukraynaya tədarükü barədə rəsmi qərar qəbul etmək üçün bir az da vaxt istəyib.
 
Xatırladaq ki, belə bir sistemin qiyməti təxminən 800 milyon avrodur.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...