Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Ednews xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında paylaşım edilib.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Pakistan İslam Respublikası ilə həmrəyik", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün məsciddə törədilən partlayış nəticəsində son məlumata görə, 32 nəfər ölüb, 147 nəfər yaralanıb.