Azərbaycan-Türkiyə-Gürcüstan nazirləri TOPLANDI – Masada üçtərəfli əməkdaşlıq FORMATI - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Azərbaycan-Türkiyə-Gürcüstan nazirləri TOPLANDI – Masada üçtərəfli əməkdaşlıq FORMATI

Siyasət A- A A+
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyəyə səfəri çərçivəsində Qarsda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə milli müdafiə naziri Hulusi Akarla üçtərəfli formatda görüş keçirib.
 
Ednews  xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məumatda qeyd olunur ki, nazirlər regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər:
 
"Görüşdə hər üç ölkənin hərbçilərini bir-birinə yaxınlaşdıran və qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirən birgə hərbi təlim və məşqlərin önəminə diqqət çəkilib. Regionun təhlükəsizliyi və sabitliyinə xidmət edən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının vacibliyi qeyd edilib”, - deyə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...