“Ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan ixrac edilən xam neft təşkil edir” - Prezident - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

“Ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan ixrac edilən xam neft təşkil edir” - Prezident

Siyasət A- A A+

“Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələlik istədiyimizə uyğun deyil”. 

Ednews xəbər verir ki, bunu Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında deyib. 

“Ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər”, - deyə ölkəmizin başçısı qeyd edib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...