“Qarşıdakı illərdə milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik” - Azərbaycan Prezidenti - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

“Qarşıdakı illərdə milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik” - Azərbaycan Prezidenti

Siyasət A- A A+
“Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birgə iki investisiya layihəsini həyata keçiririk. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır”.
 
Ednews xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
 
Dövlət başçısı bu sahədə BP şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib: 
 
“İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...