Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu - YARADILDI - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu - YARADILDI

Siyasət A- A A+
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb.
 
Ednews xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook"da bildirib.
 
"Genişmiqyaslı plan yaşıl elektrik enerjisini Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana çatdıracaq iki mühüm məqsədə nail olmağa kömək edəcək.
 
Bu sərmayə ilə biz bir tərəfdən enerji təhlükəsizliyimizi daha da yaxşılaşdıracaq, digər tərəfdən isə iqlimin qorunması hədəflərimizə çatmağa daha da yaxınlaşacağıq. Birgə sərmayə öz növbəsində unikaldır, çünki biz Qara dənizin altında dünyada ən uzun 1195 kilometrlik sualtı elektrik kabelini çəkəcəyik.
 
Bu gün biz Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupunu yaratdıq və ona vahid texniki-iqtisadi əsaslandırmanın hazırlanması tapşırığı verdik", Peter Siyarto bildirib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...