Rusiya Dövlət Dumasında tez-tez xarici ölkələrə istirahət üçün gedən məmurların “çiplənməsi” təklif olunub.
Ednews “lenta.ru”ya istinadən xəbər verir ki, bu təşəbbüslə deputat Biysultan Həmzəyev çıxış edib.
Siyasətçi məmurlara taxılması nəzərdə tutulan çiplərin peyk sensorları ilə təchiz edilməsini də təklif edib.
Dumanın deputatının fikrincə, bu, məmurların özlərinin təhlükəsizliyi üçün lazımdır.
"Çünki beynəlxalq əks-kəşfiyyat peşəkar şəkildə işləyir", - deyə Həmzəyev əlavə edib.