İndiyədək Ukraynadan Avropaya 4 milyon 823 minə yaxın qaçqın gedib.
Ednews “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.
Qeyd olunub ki, ukraynalı qaçqınların ən çox üz tutduğu ölkə Polşadır. Orada 1 milyon 563 min ukraynalı qaçqın var. Qaçqın sayına görə Almaniya ikinci (881 min), Çexiya isə (485 min) üçüncü yerdədir.
Xatırladaq ki, ötən il fevralın 24-də Rusiyanın Ukraynaya hücum etməsi ilə başlayan müharibə bir ilə yaxındır ki, davam edir.