Terrorçu diplomatları və ailə üzvlərini öldürmək üçün 2-ci dəfə səfirliyə - DAXİL OLUB - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Terrorçu diplomatları və ailə üzvlərini öldürmək üçün 2-ci dəfə səfirliyə - DAXİL OLUB

Siyasət A- A A+
Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürdüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub.
 
Ednews xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunun təfərrüatlarına dair məlumatında bildirilib.
 
Qeyd olunub ki, atəş aça-aça binanın ikinci mərtəbəsinə qalxmağa cəhd edən terrorçunun üzərinə səfirliyin əməkdaşı Vasif Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənarda qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...