Baş Qərargah rəisi Qarabağda döyüş mövqelərində - VİDEO - FOTOLAR - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Baş Qərargah rəisi Qarabağda döyüş mövqelərində - VİDEO - FOTOLAR

Siyasət A- A A+
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissədə xidməti-döyüş fəaliyyətini, qoşun xidməti və döyüş növbətçiliyinin təşkilini yoxlayıb.
 
Ednews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bidirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada bütün zəruri infrastruktur yaradılıb.
 
Döyüş mövqelərində olan Baş Qərargah rəisinə əməliyyat şəraiti məruzə olunub.
 
Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda döyüş növbətçiliyi müasir texniki avadanlıqla təchiz olunmuş növbətçi qüvvə və vasitələrlə aparılır, qarşı tərəf fasiləsiz müşahidə edilir. Baş Qərargah rəisi döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...