“Ermənistanın Rusiya ilə fikir ayrılığı var” - Ararat Mirzoyandan AÇIQLAMA - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

“Ermənistanın Rusiya ilə fikir ayrılığı var” - Ararat Mirzoyandan AÇIQLAMA

Siyasət A- A A+

“Ermənistanın Rusiya ilə bir sıra məsələlərdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmələrdə fikir ayrılığı var”. 

Ednews xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qrlix-Radmanla birgə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, bunu böhran adlandırmaq bir az mübaliğə olardı:

“İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur. Ermənistanla Rusiya arasında dostluq münasibətləri, çoxlu ikitərəfli və çoxtərəfli sazişlər var”.

A.Mirzoyan onu da bildirib ki, Ermənistan rəsmiləri rusiyalı həmkarları ilə daim təmasdadırlar.

Ayan Rzayeva



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...