NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə münasibət bildirib.
Ednews xəbər verir ki, bu barədə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Twitter səhifəsində paylaşım edib.
“Bu, həqiqətən də aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təmin olunmasının açarıdır. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdardır”, - bəyanatda deyilir.
Qeyd edək ki, fevralın 18-də Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluğu ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, eləcə də Azərbaycanın Baş naziri , Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının vitse-prezidenti Helqa Mariya Şmid iştirak ediblər.
Zinyət