Azərbaycanın növbəti heyəti zəlzələ bölgəsinə YOLA DÜŞDÜ - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanın növbəti heyəti zəlzələ bölgəsinə YOLA DÜŞDÜ

Siyasət A- A A+
Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə Türkiyəyə yola düşüblər.
 
Ednews xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri, eyni zamanda Naxçıvan Gənclər Fondunun "Naxçıvan Könüllüləri"ndən ibarət 60 nəfərlik heyət Türkiyəyə yola salınıb.
 
Azərbaycan könüllüləri zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək edəcəklər.
 
Qeyd edək ki, daha öncə fevralın 11-də 100 nəfərdən ibarət könüllü gənc də Türkiyəyə yola salınmışdı.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...