İbrahim anlaşmasına qoşulmayan Oman İsraillə hava məkanını açır – Prosesin SİRLİ MƏQAMLARI
Oman İsrailin uçuşları üçün hava məkanını açır.
Ednews ZDF.de Heute- ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən Oman İsrail aviaşirkətlərinə uçuş və eniş üçün icazəsi vermək niyyətindədir. Oman bir növ keçən il İsraillə hava məkanını açan Səudiyyə Ərəbistanın təcrübəsindən istifadə edib.
Körfəz Dövlətinin aviasiya qurumu bildirib ki, gələcəkdə hava məkanı hakimiyyətin yuxarı uçuş tələblərinə cavab verən bütün aviaşirkətlər üçün açıq olacaq.
Ümumiyyətlə indiyə qədər iki ölkə arasında heç bir diplomatik əlaqələr olmayıb. Lakin, Oman artıq 4-cü ərəb ölkəsidir ki, İsraillə yumşaq fonda münasibətlər qurmağa hazırlaşır. Siyasi analitiklərin fikrincə, Ərəb ölkərinin (S.Ərəbistan,Bəhreyn, Küveyt və Oman) İsraillə yaxınlaşması İranın regionda artan təsirindən irəli gəlir.
İsrailin xarici işlər naziri Eli Koen bunu “İsrail iqtisadiyyatı və İsrail səyahətçiləri üçün tarixi və mühüm qərar” adlandırıb. Ötən ilin iyulunda Səudiyyə Ərəbistanı da öz hava məkanını İsrailə açıb.
Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsraillə diplomatik əlaqələr qurub. Bununla belə, Oman hələ İbrahim Razılaşmalarının özünə qoşulmayıb.
İsrail mediası xəbər verir ki, Səudiyyə və Oman hava məkanının açılması sayəsində İsrail ilə Asiyadakı istiqamətlər arasında uçuş vaxtları artıq iki saat yarım azaldıla bilər.
Gülməmmədov Xəyal