Ukrayna prezidenti Volodimir Zelenski, Baxmutdakı vəziyyətin pisləşdiyini açıqlayıb.
Ednews xəbər verir ki, Ukrayna rəhbəri, şərq cəbhəsində yerləşən Baxmut şəhərində vəziyyətin” getdikcə daha da mürəkkəbləşdiyini" bildirib.
Rus qoşunları altı aydan çoxdur ki, şəhəri almağa çalışırlar.
Zelenski, Baxmutda möhkəmlənmək və müdafiəsini təmin etmək cəhdlərinin Rusiyanın yenilənmiş hücumu ilə ciddi şəkildə pozulduğunu söyləyib.
Leyla