Prezident - “Vətən müharibəsindən sonra 300-dək vətəndaşımız mina qurbanı olub” - ednews.net

27 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Prezident - “Vətən müharibəsindən sonra 300-dək vətəndaşımız mina qurbanı olub”

Siyasət A- A A+
“Vətən müharibəsi başa çatandan Azərbaycanın 300-dək vətəndaşı mina partlaması səbəbindən həlak olub və ya yaralanıb”.
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edən zaman deyib.
 
Azərbaycanın böyükmiqyaslı mina problemi ilə üzləşdiyini, müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımızın mina partlaması səbəbindən həlak olduğunu və ya yaralandığını bildirən dövlət başçısı hazırda ölkəmizin işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini diqqətə çatdırıb. 
 
Prezident İlham Əliyev ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayıb və BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...