Ermənistanın təxribatına Azərbaycan necə CAVAB VERƏCƏK? ŞƏRH

Siyasət 14:00 06.03.2023
 
Ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.
 
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılan zaman erməni tərəfi atəş açaraq təxribata əl atıblar. 
 
Hadisənin müvəqqəti Qarabağ ərazisinə yerləşmiş rus sülhməramlı kontingentinin nəzarət altında baş verməsi isə bir daha onların məsuliyyətsizliyini, işə yaramayan missiyalarını sübut edir. 
 
Bununla bağlı Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.
 
Bildiririk ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan Respublikası arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. 
 
Bu mərhələdə Azərbaycan hansı addımları atacaq? Erməni separatçıları necə cəzalandırılacaq? 
 
Məsələ ilə bağlı Ednews-a danışan politoloq Natiq Miri qeyd edib ki, Azərbaycanın atacağı addımlar bəllidir. Ümumiyyətlə, Qarabağda problemin həll olunmasının açarı sərhəddin nəzarətə götürülməsidir. 
 
“Bizim üçün ən böyük problem budur. Bu günə qədər baş verən təxribatlar, daşınan silahlar, terrorçular, o cümlədən Qarabağdakı terrorçulara təlim keçənlərin çox rahatlıqla Azərbaycan ərazisinə sızmasının əsas səbəbi də məhz sərhədin Azərbaycan əsgərinin nəzarəti altında olmamasıdır. Təchizat birmənalı olaraq dayandırıldıqdan sonra artıq erməni terrorçularını tədricən zərərsizləşdirmək çox rahat olacaq. Bunun üçün ilk növbədə bütün müşahidə qurğuları konkret məhv edilməli, eyni zamanda İranın Ermənistan vasitəsilə Qarabağa erməni terrorçularını ötürdüyü komikadze, dron və müşahidə PUA-larının yeri təsbit olunub məhv olunmalıdır. Həmçinin ağır texnikaları da bura qeyd edərdim. Tədricən terrorçu qrupu gücdən düşürəndən sonra ulitimativ qaydada anti-terror əməliyyatı rahat keçirilməlidir. Buna qədər bəlli olacaq ki, Azərbaycan ərazisində işğalçı ordunun qalıqları, terrorçu erməni ünsürləri, İranın Qarabağa göndərdiyi təxribatçılar mövqeymizi göstərəcək”. 
Politoloq hesab edir ki, anti-terror əməliyyatlarının başlanmasına hansısa zaman çərviçəsində ehtiyac olacaq. 
 
“Çünki mütləq mənada terrorçu ünsürlər ikinci addım olaraq ləğv olunmasa Qarabağdakı separatçıları ləğv etmək mümkün olmayacaq. Ona görə də ikinci addım bu olmalıdır. İlk növbədə sürətli qaydada sərhəd bağlanmalı, Ermənistana heç bir yolla, nə asfalt, nə torpaq, nə meşə yolu vasitəsilə çıxış olmamlıdır. Bütün ərazilər nəzarətə götürülməlidir”. 
 
Siyasi şərhçi Kamal Əliyev açıqlamasında bildirdi ki, bu provokasiyanın məsuliyyətini təkcə Yerevandakı siyasi və hərbi elita deyil, eyni zamanda rus sülhməramlıları daşıyır.
 
“Bu, bizə bir daha onu göstərdi ki, Laçın dəhlizi istiqamətində nəzarət buraxılış məntəqələrinin təşkil edilməsi vacibdir, labüddür. Çünki, rus sülhməramlıları 2020-ci il 10 noyabr razılaşmasının bəndlərinə nə özü əməl edir, nə də Xankəndidə bəslədiyi tanınmamış adminstrasiyanı bu işə məcbur edir. Yeri gəlmişkən, ötən həftə Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laçın dəhlizi istiqamətində nəzarət buraxılış məntəqələrinin qurulmasının müzakirə edilmədiyini bəyan edib. Halbuki, nəzarət buraxılış məntəqələrinin qurulmasını Azərbaycan prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə edildiyini və Qərbin buna müsbət yanaşdığını bildirib. Görünür, Rusiya Laçın dəhlizi yolunda yalnız rentgen aparatlarının qoyulmasıyla kifayətlənir. Fərz edirəm ki, bu təxribat Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədində delimitasiya və demorkasiya prosesinin başlanılmasının vacibliyini də göstərdi. Lakin Rusiya nə sərhədlərin delimitasiya və demorkasiyasını, nə Laçın dəhlizi boyunca nəzərat buraxılış məntəqələrinin qurulmasını, nə də yekun sülh müqaviləsinin imzalanmasını istəyir. Bu gün baş verən erməni təxribatının əsas müəllifi birbaşa olaraq Rusiyadır. Ermənistan hakimiyyətinə və cəmiyyətinə gəlincə, Qərb qonşumuz görünür ədavətin bitməsində, yekun sülh müqaviləsinin imzalanmasında cəsarət nümayiş etdirmək istəmir”. 
 
Politoloqun sözlərinə görə Ermənistan,"Artsax" ideologiyasının təsirindən çıxmayıblar, heç çıxmaq da istəmirlər. 
 
“Hərçənd, ABŞ və Avropa İttifaqının təqdim etdiyi sülh razılaşması, Brüssel formatı Bakı-Yerevan xəttində yekun sülh müqaviləsinin imzalanmasına inam yaradıb. Gəlinən nöqtədə Rusiya və Ermənistan ordusunun daxilindəki revanşist qüvvələrin problemin sülh yoluyla həllində maraqlı olmadıqlarını görmək çətin deyil. Son təxribatın bir nəticəsi də budur ki, Rusiya 2025-ci ildə Qarabağdan çıxmamaq üçün hər yola əl atıb, bundan sonra da atacaq”.
 
Oğuz Ayvaz
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Kazandadır
09:50 17.05.2024
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Naurunu COP29-a dəvət edib
09:45 17.05.2024
Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Hamısı