İƏT İranı Azərbaycan səfirliyinə hücumu törədənləri məsuliyyətə cəlb etməyə ÇAĞIRDI - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

İƏT İranı Azərbaycan səfirliyinə hücumu törədənləri məsuliyyətə cəlb etməyə ÇAĞIRDI

Siyasət A- A A+
57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir.
 
Bu barədə Ednews-a XİN-dən bildirilib.
 
"İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır. Qətnamədə həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin Səfirliyə hücumu pisləyən bəyanatları alqışlanır", - məlumatda deyilir.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...