Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Avstraliya İrana qarşı əlavə sanksiyalar tətbiq edib

Siyasət A- A A+
Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fiziki şəxslərinə və qurumlarına qarşı yeni sanksiyalar tətbiq edib.
 
Ednews xəbər verir ki, bu barədə Avstraliya Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, “qara siyahı”ya 13 vətəndaş və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli bir təşkilat daxil edilib.
 
Söhbət Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan pilotsuz uçuş aparatlarının istehsalı və Rusiyaya tədarükündə iştirak edən təşkilatdan gedir.
 
Vurğulanıb ki, “Paravar Pars” və “Qods Aviation Industries”, eləcə də İran PUA-larını Rusiya Federasiyasına göndərən “Safiran Airport Services” şirkətlərinin rəhbərləri məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.
 
Bundan əlavə, İranda çoxsaylı insan hüquqları pozuntularında iştirak edən daha 14 vətəndaşa və 14 təşkilata da sanksiyalar tətbiq ediləcək. “Qara siyahı”ya düşən şəxslər arasında məmurlar, təhlükəsizlik qüvvələri, məhkəmə və penitensiar sistemlərin əməkdaşları da var.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...