Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarına Medvedevdən REAKSİYA - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarına Medvedevdən REAKSİYA

Siyasət A- A A+
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarını şərh edib. 
 
Ednews xəbər verir ki, Medvedev bu barədə fikirlərini teleqram kanalında bölüşüb. 
 
Onun fikrincə, BCM-nin qərarı “beynəlxalq hüquq üçün dəhşətli nəticələrə” gətirib çıxaracaq. 
 
"Aydındır ki, bu qərarın praktiki dəyəri yoxdur, amma xatırladığınız üçün təşəkkürlər. Lakin bunun beynəlxalq hüquq üçün nəticələri dəhşətli olacaq. Axı bu, təməllərin, hüquq prinsiplərinin dağılmasıdır. İndi heç kim heç bir beynəlxalq quruma getməyəcək, hamı razılaşacaq BMT və digər strukturların bütün axmaq qərarları bir-birinə qarışacaq. Ardınca, bütün beynəlxalq münasibətlər sisteminin tutqun tənəzzülü gəlir”, - deyə Medvedev bildirib. 
 
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini BCM-i, demək olar ki, sıfır səlahiyyətli qurum kimi qiymətləndirib.  


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...