“ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”.
Ednews xəbər verir ki, bu fikirləri “Fox News”a açıqlamasında Ağ Evin sözçüsü Con Kirbi bildirib.
“Bu görüş (Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü – Red) hər hansı atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq.
Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni adamlar hazırlamaq və özünə uyğun gələn yeni hücumu planlaşdırmaq üçün vaxt verəcək”- deyə, o bildirib.
O əlavə edib ki, ABŞ Prezidenti Cozef Baydenin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü vaxtında baş tutacaq.