Lavrovdan Laçın yolundakı vəziyyətlə bağlı AÇIQLAMA - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Lavrovdan Laçın yolundakı vəziyyətlə bağlı AÇIQLAMA

Siyasət A- A A+
“Biz Laçın yolunun ətrafındakı, ümumilikdə Qarabağ ətrafındakı vəziyyətin nizamlanması yollarını ətraflı müzakirə etdik”. 
 
Ednews “Sputnik Armenia”ya istinadən, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib. 
 
"Üçtərəfli razılaşmaların bütün istiqamətlər üzrə danışıqlar prosesinin tezliklə bərpasının vacibliyini təsdiq etdik.
 
Cənubi Qafqazda iqtisadi nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı görülən işlər nəzər alınaraq ümid edirik ki, üçtərəfli işçi qrupun həmsədrləri-baş nazirlərin müavinləri konkret razılığa gələ biləcəklər.
 
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyətinin Rusiyanın məşvərətçi yardımı ilə aktivləşdirilməsinin tərəfdarıyıq. Rusiya tərəfindən İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasına yardım etməyə hazırlıq ifadə olunub”, - deyə Rusiya XİN başçısı vurğulayıb. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...