Bu ölkə rusiyalı diplomatı qovdu - ednews.net

29 May, Bazar ertəsi

(+994 50) 229-39-11

Bu ölkə rusiyalı diplomatı qovdu

Siyasət A- A A+
Estoniya Rusiya səfirliyinin diplomatını ölkədən çıxarır.
 
Ednews “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi cümə günü Rusiya səfirliyinin əməkdaşını ölkədən qovduğunu açıqlayıb.
 
Məlumata görə, diplomat Estoniyanın təhlükəsizliyinin və konstitusiya quruluşunun pozulmasında fəal iştirak edib.
 
“Martın 24-də Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq səfirliyin diplomatik heyətinin üzvünü persona non-qrata elan edən diplomatik nota təqdim edib”, - məlumatda deyilir.
 
Nazirlik qeyd edib ki, səfirliyin əməkdaşı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozub və martın 29-dək Estoniyanı tərk etməlidir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...