Növbəti Bakı görüşünə ermənilər nə cavab verəcək? ŞƏRH

Siyasət 15:52 27.03.2023

Rəsmi Bakı Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.

Məsələ ilə bağlı Ednews-a dansan deputat Elşad Mirbəşiroğlu bildirib ki, ermənilər kənardan gələn dəstək və təlimatlar əsasında Bakıdakı görüşdən imtina edirlər. 

Onun sözlərinə görə, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti, təhlükəsizliyi ölkənin öz daxili işidir.

“Bu məsələni dövlətimiz ikinci dövlətlə müzakirə etmək fikrində deyil. Azərbaycan ərazisində yaşayan ermənilər yalnız Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıqlarını davam etdirə bilərlər. Yalnız bu halda onlar Azərbaycan ərazisində qala bilərlər. Əks halda onlar bunu qəbul etməyib qalmaq istəsələr separatizm davam etdirmiş olacaqlar. Heç bir halda isə buna yol verilməyəcək. Emənilərin reinteqrasiyası prossesi Azərbaycan tərəfinin təşəbbüsü əsasında həyata keçirməlidir. Buna görə də ilk görüş Xocalıda keçirildi. İkinci dəfə bu görüşün Bakıda keçirilməsi  üçün təkif edildi. Lakin ermənilər buna imtina etdilər. Bakıda baş tutacaq görüşlə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ikinci dəfə yenidən təklif göndərib. Təbii ki, Azərbaycan ərazisində yaşayan ermənilər kənar təsir altındadılar. Bir sıra ölkələr, xüsusən, Fransa Azərbaycan ərazisində separatizmi dəstəkləyir. Azərbaycan ərazisində yaşayan ermənilər kənardan gələn dəstək və təlimatlar əsasında Bakıdakı görüşdən imtina edirlər. Təbii ki, ermənilər və onları dəstəkləyən havadarlar da çox gözəl bilirlər ki, onlar tam təhlükəsizlik şəraitində Bakıya gəlib sona isə  geri dönə bilərlər. Həyatları üçün heç bir təhlükə mövcud deyil”.

Deputat həmçinin vurğulayıb ki, görüşə gəlməmək üçün ermənilərin məqsədləri başqadır. 

“Azərbaycan belə təkliflər etməklə bir daha göstərir ki, niyyəti və məqsədi humanistdir. Biz məsələni dinc və dialoq yolu ilə həll etməyə çalışırıq. Görüşlər üçün atılan addımlar Azərbaycanla  bağlı formalaşdırılan əsassız iddilara ciddi zərbədir. Bir daha qeyd edirəm ki, Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizlik problemi mövcud deyil. Bu ona dəlalət edir ki, Azərbaycan hazırki vəziyyəti heç bir halda qəbul etmir. Azərbaycan bütün əraziləri boyunca suverenliyi təmin edəcək. Bu baxımdan əraizlərimizdə yaşayan ermənilərən reinteqrasiyası bizim üçün önəmli və aktual məsələdir. Bu istiqamətdə addımlar atırıq və atacağıq. Bu özüdə çox mühim subniminal mesajlardır. Azərbaycan ərazisində yaşayan ermənilər dərk etməlidirlər ki, bu torpaqlarda yaşamaq istəyirlərsə vətəndaşlığı qəbul edib, öz yaşamlarına davam edə bilərlər. Digər alternativi mövcud deyil. Rəsmi Bakının görüş təşəbbüsləri  informasiya müstəvisində bizim haqlı mövqelərimizi daha da möhkəmləndirir. Ölkəmiz ərəzisində yaşan ermənilərə digər xalqlar kimi yanaşılır”. 

Aysel Şahmar

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı