Qərbi Azərbaycan İcmasından Avropa İttifaqının Ermənistandakı missiyasına SƏRT REAKSİYA

Siyasət 10:45 30.03.2023
Aİ-nin Ermənistandakı missiyası təxribatçı bəyanatlar əvəzinə, bu ölkədən qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışı ilə məşğul olmalıdır.
 
Qərbi Azərbaycan İcması (QAİ) Avropa İttifaqının Ermənistandakı missiyanın rəhbəri Markus Ritterin qərəzli və həqiqətə uyğun olmayan bəyanatına cavab verib.
 
Bu barədə Ednews-a İcmanın mətbuat xidmətindən məlumat verilib.
 
Bəyanatda bildirilib: “Avropa İttifaqının Ermənistandakı missiyanın rəhbəri Markus Ritter bu günlərdə bəyanat verərək Azərbaycanın Ermənistana xəyali hücumunun qarşısını almaqdan dəm vurub.
 
M.Ritter bununla da tarixçəsi Azərbaycana qarşı hərbi təcavüz, işğal, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərlə dolu olan və hazırda da Azərbaycanın ərazi bütövlüyünə qarşı əməllərini davam etdirən Ermənistanı qurban kimi, Ermənistanın bütün bu cinayətlərinin qurbanı olmuş Azərbaycanı isə mənfi ruhda verməyə cəhd edib.
 
Biz M.Ritterə xatırlatmaq istərdik ki, Avropa İttifaqının insan hüquqlarının müdafiəsi məqsədilə göndərdiyi missiyanın üzərinə Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı böyük və konkret vəzifə düşür. Onun missiyasının açıldığı sərhəd zonasında yerləşən yaşayış məskənlərinin demək olar ki, hamısı azərbaycanlıların yaşamış olduqları və etnik təmizləməyə məruz qaldıqları məkanlardır.
 
Əminik ki, missiya o kəndlərdə dağıdılmış azərbaycanlı məzarlıqlarını və mədəni irsini hər gün görür.
 
Belə olan təqdirdə, missiya rəhbəri öz mandatına uyğun olaraq gözünün qarşısında olan insan hüquqları pozuntuları ilə məşğul olmaq əvəzinə iftira və təxribat xarakterli bəyanat verməsi təəssüf doğurur.
 
Biz missiyanı öz işi ilə məşğul olmağa və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə göndərdiyimiz məktubda istədiyimiz kimi, aşağıdakıları həyata keçirməyə çağırırıq:
 
- Ermənistana qayıdacaq qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışına töhfə vermək;
 
- Münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirinə dair məlumat toplamaq, o cümlədən, azərbaycanlıların mülkiyyətinin və mədəni irsinin vəziyyəti barədə hesabatlar hazırlamaq;
 
- Ermənistandan qovulmuş azərbaycanlılar üçün etimad quruculuğu tədbirləri hazırlamaq və həyata keçirmək, o cümlədən, onların öz evlərini, qəbiristanlıların, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmaq;
 
- İcma ilə birlikdə beynəlxalq humanitar hüquq, insan hüquqları, mülkilərin qorunması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, o cümlədən, Qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 (2000) nömrəli qətnaməsinin, Gənclər, sülh və təhlükəsizlik mövzusunda 2250 (2015) nömrəli və Uşaqlar və Silahlı Münaqişələr mövzusunda 1612 (2005) nömrəli qətnaməsinin müddəalarına dair müvafiq proqramlar hazırlamaq və icra etmək.
 
Avropa İttifaqı, o cümlədən onun Ermənistandakı missiyası insan hüquqları sahəsində tərəfsiz və müfəssəl səyləri ilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına hörməti təşviq etməli və bununla davamlı sülhün əldə olunmasına yardım etməlidir”.
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı